az en
21 noyabr 2008, Cümə
Fotoalbom Əlaqə vasitələri Keçidlər
AXTARIŞ
axtarın
XÜSUSİ RABİTƏ

       Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.
      Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
      2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir...

Milli Qvardiya
Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır. Qvardiya italyan sözü olub, mənası «imtiyazlı seçmə qoşun hissəsi» deməkdir.İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik kontrakt əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi
İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi
Azərbaycan Respublikası Prezidentinin 31 may 2003-cü il tarixli, 873-2 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İNQBKT İdarəsi yaradılmışdır. İdarənin əsas vəzifəsi İxrac neft və qaz boru kəmərlərinin quru sahəsindən keçən hissələrinin təhlükəsizliyini təmin etməkdir.
23 avqust 2008

23 avqust 2008-ci il tarixində Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilk peşə bayramını qeyd etmişlər.
21 avqust 2008

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının Peşə Bayramı gününün təsis edilməsi haqqında Sərəncam imzalanmışdır.
30 oktyabr 2007

Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandani İlham Əliyev açiliş mərasimində iştirak etmişdir.