|
19 yanvar 2011-ci il tarixində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
19 yanvar 2011-ci il tarixində Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qəbul zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qeyd olunaraq, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti və Türkiyə Jandarm Qüvvələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilmişdir.
     
Türkiyə Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıkmeşənin Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzinə gəlişi.
23 may 2008-ci il tarixində Türkiyə Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıkmeşə Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzinə gəlmişdir.
Qonaq mərkəzin ərazisində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi. Türkiyə Jandarma Qüvvələrinin Baş Qərargah rəisi Heydər Əliyev muzeyində oldu və mərkəzlə tanış oldu.
Qonaq mərkəzin Xatirə Kitabına ürək sözlərini yazdı.
    
İordaniyanın Kralı II Abdullah Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzində olmuşdur.
06 may 2008-ci il tarixində İordaniyanın Kralı II Abdullah Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzində olmuşdur.
Qonağı XDMX-nin rəisi general-polkovnik Vaqif Axundov səmimiyyətlə qarşılamışdır.
Kral II Abdullaha məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi ilə müasir standartlara uyğun tikilən bu hərbi şəhərciyin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah, tədris binası, əsgər və zabit yataqxanaları, interaktiv tir, yeməkxana, müxtəlif ölçülü atıcılıq tirləri var.
Kral II Abdullah xüsusi təyinatlı dəstənin nümunəvi çıxışlarına baxdı, müxtəlif təlimləri izlədi. İordaniya Kralı Təlim-Tədris Mərkəzinin hərbi rabitə və ağır texnikası ilə tanış oldu, atıcılıq tirlərində məşqləri izlədi.
Kral II Abdullah Mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ali qonağa xatirə hədiyyəsi təqdim edildi.
    
|