az en
07 yanvar 2009, Çərşənbə
Fotoalbom Əlaqə vasitələri Keçidlər
AXTARIŞ
axtarın
XÜSUSİ RABİTƏ

İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi



İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin
ƏSAS VƏZİFƏLƏRİ

1. İxrac neft və qaz boru kəmərlərinin quru sahəsindən keçən hissələrinin – Səngəçal neft terminalının, nasos və ölçü stansiyalarının, boru kəmərlərinin və onların digər yerüstü obyektlərinin ərazi təhlükəsizliyini təmin etmək.

2. Mobil mühafizə hissələri vasitəsi ilə boru kəməri obyektlərini mühafizə etmək.

3. Boru kəməri obyektlərinin ərazisinə işçi personalının və nəqliyyat vasitələrinin buraxılış rejimini həyata keçirmək;

4. Fövqəladə hadisələrin qarşısının alınması.

5. İxrac boru kəmərlərinin inşası və istismarı zamanı cəbhə xəttinə və dövlət sərhədlərinə yaxın olan ərazilərdə etibarlı müdafiə sisteminin qurulması, əməliyyat şəraitinə uyğun hərəkət edilməsi, təxribatçı qrupların bu əraziyə daxil olmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, digər aidiyyati mərkəzi icra hakimiyyəti orqanları ilə birgə xəbərdaredici mühafizə tədbirlərini görmək və komanda-qərargah təlimlərini planlaşdırıb keçirmək.

Bakı – Tbilisi - Ceyhan əsas ixrac boru kəməri

  • Səngəçal terminalı.
  • Kürdəmir ərsin buraxma stansiyası.
  • Yevlax nasos stansiyası.
  • Boru kəməri – 0 km - 443 km.
  • Sürgü - 19


Bakı - Supsa ixrac neft kəməri

  • Hacıqabul nasos stansiyası.
  • Əlikənd nasos stansiyası.
  • Qaracəmirli nasos stansiyası.
  • Boru kəməri – 0 km - 456 km.
  • Sürgü - 26


Bakı - Novorossiysk ixrac neft kəməri

  • Sumqayıt nasos stansiyası.
  • Siyəzən nasos stansiyası.
  • Şirvanovka ölçü stansiyası.
  • Boru kəməri – 0 km - 230 km.
  • Sürgü - 18