|
Axundov Vaqif Əlibala oğlu

Azərbaycan Respublikasi
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
General-polkovnik Axundov Vaqif Əlibala oğlu
Vaqif Axundov 1950-ci ildə Azərbaycan Respublikasının Astara şəhərində anadan olmuşdur.
Azərbaycanlıdır.
1967-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda,
1989-1994-cü illərdə isə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.
Əmək fəaliyyətinə 1971 -ci ildə Kuybışev şəhərində qazmabalta zavodunda tornaçı kimi başlamışdır.
1972-1975 -ci illərdə hərbi xidmətdə zabit kimi qulluq etmiş, L.Şmidt adına Maşınqayırma zavodunda normalaşdırıcı, böyük mühəndis-iqtisadçı işləmişdir.
1975-1978-ci illərdə DİN-in Bakı şəhəri Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1991 -ci illərdə DİN-də şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışmışdır.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin rəisi işləmişdir.
1993-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" və “Vətənə Xidmətə görə” 2-ci dərəcəli Ordenləri ilə, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, Dövlət mükafatları və medallarla təltif edilmişdir.
Evlidir, 1 övladı var.
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini general-leytenant Eyyubov Bəylər Həsən oğlu
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini general-leytenant Hacıyev Niyazi Xanbaba oğlu
- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın Komandanı VIE polkovnik Yusifov Akif İsaxan oğlu
|