06 fevral 2012, Bazar ertəsi
Fotoalbom Əlaqə vasitələri Keçidlər
az en ru
AXTARIŞ
axtarın
 
 
Bu gün: 1
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamenti

Xüsusi Dövlət Mühafizə xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamenti Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2004-cı il tarixli fərmanına əsasən Dövlət orqanlarını üçün İnternet seqmentinin yaradılmasını və inkişaf etdirilməsini həyatə keçirir. Nazirlənr Kabinetinin 31 mart 2006-cı il tarixli qərarına əsasən QOV.AZ domenlərinin inzibatlaşdırılması da Xüsusi Rabitə tərəfindən həyata keçirilir. Dövlət orqanlarının İnternet resurslarının yerləşdirilməsi, həmçinin bu qurumların internet şəbəkəsinə çıxışı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamenti tərəfindən yaradılmış AZSTATENET şəbəkəsi vasitəsi ilə təmin olunur. Bunun üçün AZSTATENET şəbəkəsinin mərkəzi serverləri qurulmuş və şəbəkədə yüksək  təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmçinin daha stabil və keyfiyyətli qoşulma üçün əksər dövlət orqanlarına fiber optik kabel çəkilmişdir.

Bundan əlavə dölət orqanlarının fövqəladə hallardə etibarlı radiorabitə əlaqəsini təmin etmək üçün Xüçusi Rabitə tərəfindən TETRA standartları ilə radiorabitə sistemi yaradılmışdır. Bu radiorabitə sistemi Abşeron yarmadasında və Azərbaycan ərazisindən keçən neft kəmərləri boyunca etibarlı radiorabitə əlaqəsi yaratmağa imkan verir.

 


© 2011 Xüsusi Dövlət Mühafizə Xidməti